You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Rusiya İslam Komitəsinin sədri Heydər Camal vəfat edib
Rusiya İslam Komitəsinin sosial şəbəkələrdə yaydığı xəbərlərə görə, təşkilatın sədri Heydər Camal 70 yaşında vəfat edib.
"Bu gecə uca Allahın mərhəməti nəticəsində Heydər Camal yerdəki səyahətini bitirib. Ümid edirik ki, uca Allah onun əməllərini qəbul edib onu cənnət bağlarına aparar", Heydər Camalın Facebook səhifəsində yazılıb.
Bu məlumatı jurnalist Maksim Şevçenko təsdiq edib. "İndicə mənim dostum, qardaşım və müəllimim Heydər Camal vəfat edib", o yazıb.
Heydər Camal 6 noyabr 1947-ci ildə, Moskvada anadan olub.
1965-ci ildə Moskva Dövlət Universitetinin şərq dilləri institutuna daxil olub, amma o ali təhsilini bitirmədən universitetdən çıxarılıb.
1995-ci ildən bəri o təsis etdiyi "İslam Komitəsi regional ictimai hərəkatına" sədrlik edib.
Heydər Camal televiziyada İslama həsr edilmiş verılşlər aparırdı və Rusiyanın ən məhşur müsəlman teoloq və filosoflarından biri olub.