You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Rusiyanın Ali Məhkəməsi Aleksey Navalnıya qarşı mənimsəmə hökmünü ləğv edib
Rusiyanın Ali Məhkləməsi korrupsiya əleyhinə kampaniyaçı Aleksey Navalnıya daha əvvəl çıxarılmış hökmü ləğv edərək "yeni araşdırma" təyin edib.
Bundan əvvəl Avropa İnsan Hüquqları Məhkəməsi Rusiyadakı məhkəmə dinləmələri vaxtı Aleksey Navalnının hüquqlarının pozulduğunu təsdiqləyib.
Ali Məhkəmənin qərarı ilə yeni araşdırma ilk məhkəmənin hökm çıxardığı Kirov şəhərində keçirilməlidir.
Cənab Navalnı deyib ki, yeni araşdırma onun siyasi fəaliyyətini məhdudlaşdıracaq, AP agentliyi bildirir.
2013-cü ildə Navalnı Kirov qubernatorunun müşaviri olarkən "Kirovles" dövlət şirkətindən 500 min dollar dəyərində meşə materiallarının mənimsənilməsində təqsirli bilinirək 5 il müddətinə azadlıqdan məhrum olunub. Daha sonra bu cəza şərtiyə dəyişdirilib.
Cənab Navalnı ona qarşı irəli sürülmüş ittihamları siyasi motivli kim rədd etmişdi.