You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Krım: Leninin abidəsi dağıdılıb
Krımda Sudak şəhərində ucaldılmış Leninin abidəsi naməlum şəxslər tərəfindən dağıdılıb, Sudak rayonunun rəsmi saytında deyilir.
Xəbərdə deyilir ki, abidə postamentindən yerə salınıb.
Yerli hakimiyyət abidənin bərpa olunacağına və hadisə ilə bağlı istintaqın aparılacağına söz verib.
Sudak şəhər aparatının rəhbəri Vladimir Serov bildirib ki, Leninin abidəsi şəhərin sovet dövründəki inkişaf tarixinin rəmzidir.
Abidə Sudak şəhərində 1930-cu ildə, Leninin 60 illiyi münasibətilə ucaldılıb.
Krım 2014-cü ilin yazında Rusiya tərəfindən ilhaq edilib.
Rəsmi Kiyev və beynəlxalq ictimaiyyət Rusiyanın addımını qınayaraq yarımadanın Ukrayna ərazisi olduğunu bildirilər.