You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
İran: 2 qadın idmançı "qeyri-müvafiq" geyimə görə məhkəməyə verilib
İranda iki qadın idmançı "qeyri-müvafiq" geyimə görə məhkəməyə verilib.
Tehranın Baş prokuroru Mahmud Cəfəri-Dövlətabadi bildirib ki, qadın idmançılar geyim "qaydalarını pozmaqda" ittiham olunur, İran Xəbər Agentliyi (İLNA) bildirir.
Qadınlar xaricdə qeyri-rəsmi yarışmada iştirak edib, məlumatlarda deyilir.
Cənab Dövlətabadi bu barədə ədliyyə və hüquq-mühafizə orqanlarının görüşündə danışaraq söyləyib ki, "hicab və ismət" qaydaları pozulub.