Qatar keçəndə elə bil divarlar üstümüzə uçacaq - məcburi köçkün

Gülər Abbasova Biləcəri deposundakı vaqonlarda məskunlaşmış məcburi köçkünlərin həyatı barədə fotoreportajı.

Binəqədi rayonunda qeydiyyatlı Zəngilan və Cəbrayıl rayonlarından olan məcburi köçkünlər 93-94-cü ildən Biləcəri deposunun ərazisində özlərinin vaqonlarda qurduğu yarı taxta, yarı dəmir evlərdə məskunlaşıblar. Təxminən 23 ailə qatarların arasında təhlükəli, natəmiz şəraitdə yaşayır.

Şəklin mənbəyi, guler abbasli

Şəklin alt yazısı, Binəqədi rayonunda qeydiyyatlı Zəngilan və Cəbrayıl rayonlarından olan məcburi köçkünlər 93-94-cü ildən Biləcəri deposunun ərazisində özlərinin vaqonlarda qurduğu yarı taxta, yarı dəmir evlərdə məskunlaşıblar. Təxminən 23 ailə qatarların arasında təhlükəli, natəmiz şəraitdə yaşayır.
“Qazımız yoxdur, işığımızı da bəzən kəsirlər, qışda evi heç isidə bilmirik. Yayda da nəfəs almaq olmur. Neçə gündür su da yox idi, müdirin yanına şikayətə getdik. Ondan sonra su verilib. Yay-qış bu çətinliklə üzləşirik,” məcburi köçkün Elminaz Həsənova deyir.

Şəklin mənbəyi, guler abbasli

Şəklin alt yazısı, “Qazımız yoxdur, işığımızı da bəzən kəsirlər, qışda evi heç isidə bilmirik. Yayda da nəfəs almaq olmur. Neçə gündür su da yox idi, müdirin yanına şikayətə getdik. Ondan sonra su verilib. Yay-qış bu çətinliklə üzləşirik,” məcburi köçkün Elminaz Həsənova deyir.
Sakinlərin dediyinə görə, evlərinin bir addımlığından ötüb gedən qatarlar xüsusi ilə uşaqları üçün təhlükə yaradır. "Bilsəniz, bu uşaqları nə zülmlə böyüdürük! Bir də baxırsan, uşaqdır, bilmir, gedir vaqonların yanında oynayır, kibrit yandırır. Vaqonlarda da neft, barıt daşınır, təhlükəlidir. Yanğın, işıq idarəsindən gəlib bizə sənəd imzalatdırırlar ki, uşağınızı qatar vursa, yanğın olsa, elektrik vursa biz burda baş verənlərə görə cavabdeh deyilik".

Şəklin mənbəyi, guler abbasli

Şəklin alt yazısı, Sakinlərin dediyinə görə, evlərinin bir addımlığından ötüb gedən qatarlar xüsusi ilə uşaqları üçün təhlükə yaradır. "Bilsəniz, bu uşaqları nə zülmlə böyüdürük! Bir də baxırsan, uşaqdır, bilmir, gedir vaqonların yanında oynayır, kibrit yandırır. Vaqonlarda da neft, barıt daşınır, təhlükəlidir. Yanğın, işıq idarəsindən gəlib bizə sənəd imzalatdırırlar ki, uşağınızı qatar vursa, yanğın olsa, elektrik vursa biz burda baş verənlərə görə cavabdeh deyilik".
Məcburi köçkün Nazilə Quliyevanın sözlərinə görə, bu ərazidə məskunlaşanların övladları ya anadangəlmə xəstə doğulur, ya da tez-tez xəstələnirlər. Səbəb isə natəmiz hava, çirkli su, şəraitsizlik və imkansızlıqdır.

Şəklin mənbəyi, guler abbasli

Şəklin alt yazısı, Məcburi köçkün Nazilə Quliyevanın sözlərinə görə, bu ərazidə məskunlaşanların övladları ya anadangəlmə xəstə doğulur, ya da tez-tez xəstələnirlər. Səbəb isə natəmiz hava, çirkli su, şəraitsizlik və imkansızlıqdır.
34 yaşlı Maya Baxşəliyeva ailəsini məktəbdə xadimə işləməklə aylıq qazandığı 127 manatla təkbaşına dolandırır. Məcburi köçkün kimi 80 manat müavinət alır. Həyat yoldaşı işsizdir. Qızı anadangəlmə serebral iflicdir və artıq ailənin müalicəyə imkanı çatmır.

Şəklin mənbəyi, guler abbasli

Şəklin alt yazısı, 34 yaşlı Maya Baxşəliyeva ailəsini məktəbdə xadimə işləməklə aylıq qazandığı 127 manatla təkbaşına dolandırır. Məcburi köçkün kimi 80 manat müavinət alır. Həyat yoldaşı işsizdir. Qızı anadangəlmə serebral iflicdir və artıq ailənin müalicəyə imkanı çatmır.
"Divarlar uçuq-uçuqdır. 4 nəfər bir otaqda yaşayırıq. Hər dəfə qatar keçəndə elə bil divarlar bu dəqiqə üstümüzə uçacaq. Qışda soyuqdan, yayda bürküdən dözmək olmur. Yağış yağanda otağa qab qoyuram."

Şəklin mənbəyi, guler abbasli

Şəklin alt yazısı, "Divarlar uçuq-uçuqdır. 4 nəfər bir otaqda yaşayırıq. Hər dəfə qatar keçəndə elə bil divarlar bu dəqiqə üstümüzə uçacaq. Qışda soyuqdan, yayda bürküdən dözmək olmur. Yağış yağanda otağa qab qoyuram."
Şücaət Baxşəliyevanın övladı anadangəlmə bel yırtığı ilə doğulub. Baxşəliyeva deyir ki qızını borcla əməliyyat etdirsə də sonradan səhhətində enurezlə bağlı problem yaranıb. “Uşağın xəstəliyinə görə 70 manat, məcburi köçkünlüyə görə 80 manat alırıq. Müalicəyə indi heç imkan yoxdur".

Şəklin mənbəyi, guler abbasli

Şəklin alt yazısı, Şücaət Baxşəliyevanın övladı anadangəlmə bel yırtığı ilə doğulub. Baxşəliyeva deyir ki qızını borcla əməliyyat etdirsə də sonradan səhhətində enurezlə bağlı problem yaranıb. “Uşağın xəstəliyinə görə 70 manat, məcburi köçkünlüyə görə 80 manat alırıq. Müalicəyə indi heç imkan yoxdur".
50 yaşlı Arzu Hüseynova Zəngilan rayonundan məcburi köçkündür. İki övladından biri beyin iflicindən əziyyət çəkir. Ailə xəstə uşağa verilən 74 manatlıq pensiya ilə dolanır. Hüseynova deyir ki, İcra Hakimiyyətinə şəraiti ilə bağlı müraciət edib, gəlib baxıblar. Amma heç bir kömək göstərilməyib. Məsələ ilə bağlı İcra Hakimiyyəti ilə əlaqə saxlamaq mümkün olmayıb.

Şəklin mənbəyi, guler abbasli

Şəklin alt yazısı, 50 yaşlı Arzu Hüseynova Zəngilan rayonundan məcburi köçkündür. İki övladından biri beyin iflicindən əziyyət çəkir. Ailə xəstə uşağa verilən 74 manatlıq pensiya ilə dolanır. Hüseynova deyir ki, İcra Hakimiyyətinə şəraiti ilə bağlı müraciət edib, gəlib baxıblar. Amma heç bir kömək göstərilməyib. Məsələ ilə bağlı İcra Hakimiyyəti ilə əlaqə saxlamaq mümkün olmayıb.
"Baxın, yaşayışımız budur! Nə pəncərəsi var, nə hamam-tualeti. Balaca daxmada həm yeyirik, həm yatırıq. Qapının ağzında gördüyünüz də mətbəximdir, yeməyi orda bişirirəm." Arzu Hüseynova qızları ilə birgə qışın soyuğunda, yayın bürküsündə darısqal daxmada yaşayır.

Şəklin mənbəyi, guler abbasli

Şəklin alt yazısı, "Baxın, yaşayışımız budur! Nə pəncərəsi var, nə hamam-tualeti. Balaca daxmada həm yeyirik, həm yatırıq. Qapının ağzında gördüyünüz də mətbəximdir, yeməyi orda bişirirəm." Arzu Hüseynova qızları ilə birgə qışın soyuğunda, yayın bürküsündə darısqal daxmada yaşayır.
Depo ərazisində məskunlaşan məcburi köçkünlər banklardan qohumlarının adına çox sayda kreditlər götürdüyünü deyirlər. Ailələrin maddi çətinliklərinə görə Ünvanlı Sosial Yardıma etdikləri müraciətlərinə isə özlərinin bildirdiklərinə görə hələlik baxılmır.

Şəklin mənbəyi, guler abbasli

Şəklin alt yazısı, Depo ərazisində məskunlaşan məcburi köçkünlər banklardan qohumlarının adına çox sayda kreditlər götürdüyünü deyirlər. Ailələrin maddi çətinliklərinə görə Ünvanlı Sosial Yardıma etdikləri müraciətlərinə isə özlərinin bildirdiklərinə görə hələlik baxılmır.