İspaniyada güclü qar: Uçuşlar təxirə salınıb, avtobuslar işləmir

Videonun alt yazısı, İspaniyada qara görə “qırmızı xəbərdarlıq” səviyyəsi

Güclü qar yağıntısı İspaniyanın bır sıra bölgəsində nəqliyyat sistemini iflic vəziyyətinə yaxın hala gətirib.

Hava şəraitinə görə, Madrid-Barajas Beynəlxalq Hava Limanının işi dayandırılıb, uçuşlar təxirə salınıb. Yüzlərlə yolda hərəkət qismən dayanıb.

Dəmir yolunun işində də fasilələrin yarandığı bildirilir.

Ölkə üzrə bölgələrin yarısından çoxunda “qırmızı xəbərdarlıq” səviyyəsi elan olunub. Hakimiyyət zəruri olmayan səyahətlərdən yayınmağa çağırır.