You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
"Koronavirusa görə yarasaları günahlandırmayın,"- xeyriyyə cəmiyyəti deyir
Alimlər Covid-19-un mənşəyini tapmağa çalışdıqca, yarasaların koronavirusu yayması barədə narahatlıq da artır.
Bəzi ölkələrdə yarasaları məhv etmək çağırışları edilir.
Avstraliyanın yarasaları sağaldıb yenidən təbiətə buraxan Bats Qld xeyriyyə qrupu isə bu məməlilərin ekosistem üçün çox vacib olduğunu və mövcud pandemiyada onları günahlandırmağın düzgün olmadığını söyləyir.