Avropada yayın qızmar günləri - şəkillərdə

Avropa boyunca isti havalar hökm sürür. Cümə günü Fransanın cənubunda temperatur rekord təşkil edən + 45,9C dərəcəyə çatıb. Bəzi yerlərdə məktəblərdə tədris və iş saatları məhdudlaşdırılıb.

İstilər və quraqlıq, İspaniyanın Kataloniya bölgəsində davam edən yanğınlarla mübarizəni çətinləşdirir.

Məlumatlara əsasən, tibbi yardıma müraciət edənlərin sayı artmaqdadır.

Meteoroloqlara əsasən, temperatur Afrikadan gələn isti hava axınına görə yüksəlib.

Meteoroloqların proqnozuna görə, Avropada istilər gələn həftənin əvvəlinə kimi davam edəcək.

Həmçinin oxuyun: