Facebook qalmaqal ardınca məxfilik siyasətini yeniləyir

Facebook bildirir ki, onun məxfilik siyasətinin yenilənməsi istifadəçilər üçün şirkətin saxladığı fərdi məlumatların tapılması və redaktəsini asanlaşdıra bilər.

Yeni qaydalar barədə elan Facebook-un bloqunda yerləşdirilib.

Sosial şəbəkə nəhəngi 50 milyon nəfərə məxsus şəxsi məlumatların siyasi təhlil şirkətinə ötürülməsilə bağlı qalmaqaldan sonra tənqid olunmaqdadır.

Məxfilik parametrlərinə aid bəzi dəyişiklər:

  • Təqribən 20 fərqli səhifədə əks olunan kökləmələr bir araya gətirilib.
  • İkili autentifikasiya funksyası.
  • Yeni cihazdan şəbəkəyə giriş barədə bildiriş funksiyası.
  • Postlar və axtarış sorğularını nəzərdən keçirib silmək imkanı.
  • Təqdim olunan ünvanlı reklamın seçimi ilə bağlı izahat.

Sosial şəbəkə bildirir ki, məxfilik parametrlərinin dəyişdirilməsi barədə qərar Aİ-nin yeni qaydalarına görə dəyişdirilib və qalmaqaldan əvvəl qəbul olunub.