You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Atakama humanoidinin insan olduğu təsdiqləndi
Çilidə tapılmış kiçicik mumiyalaşmış skelet üzərində aparılan testlər onun genetik mutasiyaya məruz qalan insan qalıqları olduğunu təsdiqləyib.
Hündürlüyü təqribən 15 santimetr olan mumiya 2003-cü ildə Çilinin Atakama regionundakı La-Noriya şəhərində aşkar olunub.
Tapıldığı yerə görə ona "Atakama humanoidi" (qısaca olaraq - Ata) adı verilib.
Uzunsov başı olan mumiyanın adi insanlardan fərqli olaraq 12 yox, 10 qabırğası var.
Onun qeyri-adi görünüşü, skeletin yadplanetlilərə aid olduğu barədə müxtəlif nəzəriyyələrə zəmin yaratmışdı.
Son araşdırma Ata-nın doğuşdan dərhal sonra ölən qız uşağı olduğunu müəyyən edib.
Tədqiqatın nəticələri Genome Research jurnalında dərc olunub.