You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Londonda bələdiyyə avtobuslarının yeni yanacaq mənbəyi: Qəhvə
Britaniyanın paytaxtı Londonda bələdiyyə avtobuslarında qəhvə tullantılarından istehsal edilən bioyanacaq istifadə edilməyə başlanıb.
Londonda adam başına düşən gündəlik qəhvə istifadəsi 2,3 fincandır.
Beləliklə də, illik 200 min ton qəhvə tullantısı ortaya çıxır.
Dünyanın enerji nəhəngi Shell, texnologiya şirkəti Bio-Bean ilə birgə qəhvədən bioyanacaq istehsal edir.
B20 adı verilən bioyanacaq istehsalı üçün qəhvə tullantısından əldə olunan yağlar mazutla qarışdırılır.
Əldə olunan qarışıq, Londondakı təxminən 9 min 300 ədəd bələdiyyə avtobusu üçün təmiz enerji qaynağı kimi istifadə olunur.