Kitab 43 ildən sonra kitabxanaya qaytarılıb

Britaniyada bir kitab təhvil vermə müddətindən 43 il keçmiş kitabxanaya qaytarılıb.

Yerli şair və yazıçı Edwin Muir-in bioqrafiyası Şotlandiyanın şimalındakı Orkney Kitabxanasına 1973-cü il 24 oktyabrda qaytarılmalı idi.

Kitab ev təmizlənərkən aşkar olunub.

Kitabxananın müdiri Gary Amos bu kimi hadisələrin müntəzəm olaraq baş verdiyini deyir.

O, kitabı təhvil verən şəxsin cərimə ödəmədiyini qeyd edib.