You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Avstraliya polisi çantasında koala daşıyan qadını saxlayıb
Avstraliyanın Brisben (Kvinslend ştatı) şəhərində polis əməkdaşları saxlanılan qadının çantasında koala balasını aşkar ediblər.
Hüquq-mühafizə əməkdaşları 50 yaşlı xanımın idarə etdiyi avtomobili saxlayıblar. Axtarış zamanı ondan avtomobildə qadağan olunmuş bir sheyin olub-olmadığını soruşublar.
Xanim çantasını polislərə verib və bu zaman polislər cantada koalanı aşkar ediblər. Qadın bildirib ki, o bu koalanı tapıb və onun qayğısına qalıb.
Görünüşünə görə 6 aylıq olan koalanın çəkisi cəmi yarım kilodur. Polislər koalanı Alfred adlandırıblar.
Hazırda Alfred Brisbendəki polis məntəqəsindədir. Koala daha sonra rəsmi himayədara təhvil veriləcək.
Avstraliyada koalalar qanunvericiliyin himayəsi altındadır. Bu heyvanların populyasiyası bəzi rayonlarda bərpa olunsa da, onların ovlanması əvvəlki kimi qadağandır.
Rəhbərlik koala aşkarlayan vətəndaşlardan xüsusi telefon vasitəsiylə məlumat vermələrini xahiş edib. Həmçinin koalanın evdə saxlanılmasına icazə verilmir.