You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
2016-cı ildə ən çox pul qazanmış mərhum ulduzlar
Forbes tərəfindən tərtib olunan "ən çox qazanan ölü məşhurlar" siyahısına bu il David Bowie və Prince də daxil olub.
Biznes dərgisi təxmin edir ki, 2015-ci il oktyabrın 1-dən 2016-cı il oktyabrın 1-dək müğənni Prince vergidən əvvəl $25 milyon gəlir əldə edib. Beləliklə o, 5-ci yerdədir.
Təxminən $10,5 milyon gəlirilə Bowie 11-ci yerdədir.
Lakin Michael Jackson-un yanında onlar demək olar ki, "qəpiklər" qazanıb: onun $825 milyon gəliri rekordları yeniləyib.
Forbes yazır ki, bu, "hər hansı ulduzun bir il ərzində qazandığı ən böyük məbləğdir".