Oğurlanmış Van Gogh əsərləri İtaliyada tapılıb

Şəklin mənbəyi, Van Gogh museum
İtaliya polisi 2002-ci ildə Amsterdam muzeyindən oğurlanmış Van Gogh-un iki rəsm əsərini tapıb, rəsmilər deyir.
Şəhərdəki Van Gogh muzeyi bildirib ki, əsərlər italiyalı prokurorlar və mütəşəkkil cinayətlərə qarşı müstəntiqlərin "kütləvi, davam edən təhqiqatlar" nəticəsində tapılıb.
Əsərlər, oğruların muzeyə nərdivanla girdiyi vaxt oğurlanıb.
İtaliya polisi deyir ki, əsərlər Neapol mafiyası tərəfindən aşkarlanıb.
Muzey bildirib ki, əsərlərin yenidən Amsterdama qaytarılacağı bəlli olmasa da, onlar "nisbətən yaxşı vəziyyətdədir".

Şəklin mənbəyi, Van Gogh museum
