You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Angelina Jolie "Brad Pitt-dən boşanır"
Aktrisa Angelina Jolie Brad Pitt-dən boşanmaq üçün ərizə verib, onun vəkili bu məlumatı təsdiqləyib.
Robert Offer deyib ki, xanım Jolie bazar ertəsi "evliliyin ləğvi" üçün müraciət edib. Bu qərar "ailənin rifahı üçün" verilib, vəkil əlavə edib.
"O, [məsələni] şərh etməyəcək və xahiş edir ki, belə bir vaxtda ailənin şəxsi həyatına hörmətlə yanaşılsın", cənab Offerin bəyanatında əlavə olunur.
Cütlüyün 2004-cü ildən bir yerdə olmasına baxmayaraq yalnız 2014-cü ildə evləniblər.
Onların birlikdə 6 uşağı var - Maddox, Pax, Zahara, Shiloh, və ekizlər Knox və Vivienne.
Pərəstişkarların "Brangelina" adlandırdığı Jolie və Pitt, Hollywood-un ən məşhur cütlüklərindən biridir.