Sitarə İbrahimovanın "bakirəlik testi" layihəsi
Azərbaycanlı fotoqraf Sitarə İbrahimovanın qadınların problemlərinə həsr etdiyi Reflektor (Nikah gecəsi) "bakirəlik testi" layihəsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Daha öncə də selektiv abortlar, erkən nigahlar kimi mövzulara toxunan fotoqraf bu məsələ barədə regionlarda yaşayan insanlardan eşitdiyini deyir.
"Naxçıvan və digər rayonlarda yaşayanlardan eşitdim ki, himenoplastika ilə əlaqədar toy gecəsi oğlanlar qızlara dəfələrlə oturub-durmağı tələb edərək belə bir test etdirir".
O izah edir ki, bu testi bəzi kişilər qadının bakirəliyinin himenoplastika ilə bərpa edilib-edilmədiyini yoxlamaq üçün aparırlar.
Sitarə İbrahimova bu layihədə özü, qadınların üzləşdiyi bu problemi göstərmək üçün həmin obrazda çıxış edib.