Bakı sakinləri Türkiyə haqqında: "Dünəndən özümüzə gələ bilmirik"
BBC Azərbaycanca Bakı sakinləri ilə həmsöhbət olub və onlardan Türkiyədə baş verən çevrilişə cəhdə münasibətini soruşub.
Türkiyədə xalqını "qan qardaşları" adlandıran xanım hadisə baş verən andan "özünə gəlmədiyini" deyir.
Baş vermiş hadisənin təsirindən səhərə qədər yatmadığını deyən gənc Türkiyənin "başqa müsəlman ölkələr kimi devrilməyini" istəmədiyini dilə gətirib.
Video sorğunu BBC Azərbaycancanın müxbiri Elnarə Məmmədova hazırlayıb.