Robot qab yuyur, içki təklif edir

Belə görünür ki, yeni nəslə aid robot mətbəx işlərində kömək etməyə qadirdir.

Dördayaqlı köməkçini Alphabet şirkətinə məxsus Boston Dynamics qrupunun mühəndisləri icad edib.

Robotun işi mətbəxlə məhdudlaşmır. O, sahibinə içki də təklif edə bilər.

Yeni robotların maye əsaslı hərəkət sistemi tam elektrik mexanizmilə əvəzlənib.

Bunun nəticəsində onlar daha səssiz hərəkət edə bilirlər.