David Cameron: "Ölkənin yeni kapitana ehtiyacı var"
Britaniyanın Avropa İttifaqında qalması üçün kampaniya aparan cənab Cameron deyib: “Mən bu kampaniyanı düzgün bildiyim yolla apardım, … düşünürəm ki, Britaniya Avropanın daxilində daha güclüdür və daha yaxşıdır, … amma Britaniya xalqı öz seçimini etdi”.
“Biz yeni Baş Nazir seçməliyik, mən öz kabinetimlə növbəti bir neçə ay ərzində işləməyə davam edəcəyəm”, deyən Baş Nazir oktyabr ayında keçiriləcək Mühafizəkarlar Partiyasının qurultayına qədər yeni Partiya Liderinin olacağını deyib.
Cameron kraliçaya bu barədə məlumat verdiyini də əlavə edib.