Səyyahın toyuq yoldaşı
Biri 24 yaşlı kişi, digəri isə toyuqdur. Lakin qayığın göyərtəsində əsas yük Guirec Soudee-nin üzərinə düşür.
Monique isə toyuqdur, o vaxtını əsasən göyərtədən ətrafı heyranlıqla seyr etməyə və yumurtlamağa sərf edir.
Səyyah Soudee toyuğunu yaxtının göyərtəsində saxlayır. İki illik səyahət onları yaxın dosta çevirib.
Fransadan olan Soudee dünya ətrafında səyahətinə Monique-lə birgə 2014-cü ildə başlayıb.
Onlar Kanar Adalarından başlayaraq Karibdəki St Bart’s-a üzüblər və keçən ilin avqust ayında Arktikaya gəliblər.