Piylənmə qida çatışmazlığına səbəb olur
Alimlərin bildirdiyinə görə, dünyada piylənməyə məruz qalanların sayının artması geniş miqyasda qida maddələrinin çatışmazlığına səbəb olur.
Qida çatışmazlığı isə adətən aclıq çəkməyin nəticəsi sayılır.
Bu ilin Qlobal Qida hesabatına əsasən, piylənməyə məruz qalan yüz milyonlarla insanın qanında xeyli miqdarda şəkər, duz və xolesterin olsa da, onlar qida maddələrinin çatışmazlığından əziyyət çəkib.