İngiltərə kəndində pendir yuvarlamaq yarışı keçirilib
İngiltərənin Brockworth kəndində pendir yuvarlamaq yarışına tamaşa etmək üçün minlərlə adam yığışıb.
Ənənəyə görə, 3 kilo 600 qramlıq Double Gloucester növ pendir girdəsi Cooper təpəsindən aşağı yuvarladılır.
Finişə birinci gələnə pendir mükafat verilir.
Chris Anderson adlı yerli sakin artıq 17-ci dəfədir ki, bu yarışın qalibi çıxıb. Amma pendir yeməklə heç arası yoxdur.