Dünyanın ən böyük oyuncaq qəsri

Uşaqları əyləndirmək üçün nəzərdə tutulan hava ilə doldurulan bu oyuncaq qəsr dünyada ən böyüyüdür.

Onun Çin səddindən də hündür olduğu deyilir.

Britaniyada təşkil olunan festival iştirakçıları qəsrə baxış keçirməyə dəvət olunublar.

Onun hündürlüyü təxminən 24 metr, uzunluğu və eni isə 21metr və 13 metrdir.

Bu oyuncaq qəsrinə artıq Guinnes rekordlar kitabı da diqqət yetirib.