Xədicə İsmayılova: "İnsan haqları ayıb mövzu deyil ki..."

Bakıda Ali məhkəmə araşdırmaçı jurnalist Xədicə İsmayılovanın 5 il şərti azadlığa buraxılması barədə qərar verdikdən sonra o, artıq azadlığa çıxıb.

O, beynəlxalq təşkilatlara təşəkkürlərini bildirib. Beynəlxalq ictimaiyyətə gəldikdə isə qeyd edib ki, insan haqları üzrə mübarizə "şəffaf olmalıdır".

"İnsan haqları ayıb bir mövzu deyil ki, onun haqqında bağlı qapılar arxasında danışılsın".

"Belə şaiyə yayılıb ki mənim jurnalistika fəaliyyətimə qadağa qoyulub. Hətta Azərbaycan kimi repressiv ölkədə də jurnalistika lisenziyalı peşə deyil".