Rena Effendi ilə Photo London sərgisində söhbət

Ötən həftə keçirilən Photo London satış-sərginin açılışına çoxu Don McCullen adlı məşhur britaniyalı fotoqrafın işlərini görməyə gəlmişdi. Lakin bu sərgidə nümayiş olunan və satılan işlər arasında Rena Effendinin fotoları da vardı.

"Niyə biz bu sərgi üçün Renanı seçdik?" - Photo London-da təmsil olunan və Rena Effendinin işlərini bura gətirən Ilex qalereyasının sahibi Deanna Richardson BBC Azərbaycancaya izah edir.

"Biz keçən il onun sərgisini keçirmişdik, orada biz onun üç layihəsini birləşdirmişdik. Photo London sərgisinin açılışında göstərdiyimiz fotoda qadın çörək bişirir. Bu sadəcə çox gözəl bir fotodur .... Fotodakı rənglər inanılmazdır".

Rena Effendi BBC Azərbaycanca müxbiri Leyla Nəcəfli ilə öz təcrübəsi, ona təsir edən Çernobıl səyahəti və uğurunun necə baş verdiyi barədə söhbət edib.