Nəvələrə danışılası hadisə: Köpəkbalıqları balinanı yeyir

Avstraliyada Shark Bay-də ("Köpəkbalığı körfəzi") 14 günlük dəniz səyahətinə çıxan turistlər qəribə hadisənin şahidi olub.

Belə ki, təxminən 70-ə yaxın nəhəng köpək balığı ölü balinanı yemək üçün yarışıb.

Eco Abrolhos tur qrupu BBC-ə deyib ki, qozbel balina təbii yolla ölüb.

Qrupun rəsmisi bildirib ki, bu, nəvələrə danışılası görüntü olub.