İraq kürdlərinin problemləri: İD və pulsuzluq
İndiyədək xaosa qərq olmuş bölgədə rifah və sabitlik modeli sayılan İraqın Kürdüstan regionu bir sıra kəskin böhranla üzləşir.
İslam Dövləti adlandırılan qruplaşmanın hücumlarına məruz qalan Peşmərgə qüvvələri müntəzəm vuruşur.
Daxili siyasi çəkişmələr Kürdüstan parlamentini iflic vəziyyətinə salıb.
Üstəlik neft gəlirlərindən asılı olan bölgə ağır iqtisadi böhrana düçar olub. Bağdadla ixtilaf nəticəsində İraq hökuməti aylardı ki, regiona büdcə fondlarının ayrılmasını dayandırıb.
Lakin belə görünür ki, bunların hamısına rəğmən Kürdüstan rəhbərliyi tam müstəqillik qazanmaq planlarına sadiq qalır.
İraqın şimalından BBC müxbiri Jim Muir-in reportajı.