Pakistanda kampaniya: Qadınlar, bədəninizdən utanmayın
Pakistanda qadın vəkil Zeynəb Çağtai qadınların zahiri görünüşlərinə görə təhqir və tənqid edilmələri əleyhinə kampaniya keçirir.
Bədən ölçüləri və görünüşündən depressiya və ruh düşgünlüyü hissi keçirən qadınlar öz hisslərilə video vasitəsilə bölüşərək həm depressiyadan çıxır, həm də özlərinə inam əldə edirlər.
Zeynəb öz kampaniyasını Lahordakı qız məktəbinin tələbələri arasında da aparıb.
Pakistanda BBC müxbiri Şayma Xəlil pakistanlı qadınların sosial şəbəkələrdə populyarlıq qazanmış bu təşəbbüsü ilə maraqlanıb.