Türkiyə parlamentində əlbəyaxa mübahisə

Türkiyə parlamentində konstitusiyaya edilən dəyişiklərlə bağlı mübahisə düşüb.

Əlbəyaxa mübahisə millət vəkillərinin parlament toxunulmazlığının ləğv olunması müzakirə edilən zaman baş verib. Türkiyə hökuməti bu təklifi dəstəkləyir.