İngiltərədə palçıq festivalı keçirilib

Palçıq festivalına tamaşa etmək üçün 20 min insan İngiltərənin şərq sahilində yerləşən Maldon şəhərinə toplaşıb.

Yarışa qatılmış 250-dən çox iştirakçı çətin palçıqlı vəziyyətdə 400 metr məsafəni qaçmalı olub.

Yarış iştirakçıları xeyriyyə məqsədilə xeyli pul toplamağa nail olublar.