Rusiyalılar Trump-ı niyə bəyənirlər?

ABŞ prezidentinə Böyük İyirmilər ölkələrində səs verilsə idi, Hillary Clinton Donald Trump üzərində inandırıcı qələbə qazanardı, Britaniyanın YouGov və Almaniyanın Handelsblatt agentliklərinin keçirdiyi rəy sorğuları belə bir nəticəni göstərib.

Sorğuya əsasən Donald Trump-a yalnız rusiyalılar səs verərdilər.

Bəs görəsən Respublikaçı Partiyasının namizədliyi uğrunda mübarizə aparan milyardçıya rəğbət nə ilə izah olunur?

BBC müxbiri Steve Rosenberg bu suala cavab tapmaq üçün Moskvadakı amerikansayağı fastfud restoranına yollanıb.