Cəbhə bölgəsində atışma gecə boyu davam edib
Dağlıq Qarabağda, qoşunların təmas xəttində gecə boyu qarşılıqlı atışmalar davam edib.
Dağlıq Qarabağdakı separatçı hakimiyyət çərşənbə axşamı Azərbaycan tərəfindən atılmış atəş nəticəsində iki əsgərinin həlak olduğunu bildirib.
Gecə baş vermiş atışmaya görə hər iki tərəf bir-birini günahlandırır.
Azərbaycan və erməni tərəfi arasındakı atəşkəs aprelin 2-də pozularaq 4 günlük ağır döyüşlərə səbəb olmuşdu.
Cəbhə bölgəsində hələ də, xüsusən də gecə vaxtı fasilələrlə atışmalar davam edir.
Yol boyu Tərtər rayonu sakinlərini cəbhə xəttində baş verən partlayış səslərindən uzaqlaşdığını görmək mümkündür.
Cəbhə xəttində yerləşən Qapanlı kəndinin sakinləri də gecə vaxtı küçələrə axışıblar.
Dağlıq Qarabağ separatçılarının müdafiə nazirliyi çərşənbə axşamı atəşkəsin pozulmasına görə Azərbaycan tərəfini ittiham edib.
İtkilər barədə məlumat verməyən Azərbaycan müdafiə nazirliyi isə bildirib ki, onlar Ermənistan ordusunun çoxsaylı raket hücumundan sonra cavab atəşi açıblar.
Nazirliyə görə, təmas xəttində baş verənlərə görə Ermənistan cavabdehdir.