Çernobıl: 30 il keçmiş evə qayıtmaq
Bu, evə adi bir qayıdış deyil.
Marina Navalnaya 30 il əvvəl Çernobıl qəzası baş verəndən sonra ilk dəfədir ki, evinə qayıdır. Onun burada çoxlu xatirələri vardı.
1986-cı ildə, onun 15 yaşı olanda, nüvə stansiyasının 30 kilometrlik məsafəsində yaşayan adamlarla birlikdə o, evindən evakuasiya edilmişdi.