Ayağını don vurmuş ördəyin yeni süni ayaqları

Hər iki ayağını donvurmadan itirmiş ördəyə 3D printer vasitəsilə hazırlanmış yeni ayaqlar geyindirilir.

Philip adlı bu ördək ABŞ-ın Wisconsin ştatında xilas edilsə də, baytarlar onun ayaqlarını qoruya bilməyiblər.

Buna görə hətta onun həyatına son vermək qərarı verilsə də, məktəbdə texnologiya dərsi deyən müəllim şagirdlərilə birgə ördək üçün bir cüt ayaq hazılrlamağa qərar verir.

İndi Philip heyvan sığınacağında yeni ayaqları ilə yeriməyə çalışır.