"Balaca Çoxbilmiş" YouTube-da uşaqları maarifləndirmək istəyir

"Hər şeyi bilmək istəyirəm" adlı proqram bu ilin yanvar ayından "Balaca Çoxbilmiş" adlanan Youtube kanalında yayımlanır.

Kukla şou formatında olan və məktəbəqədər uşaqlar üçün nəzərdə tutulan bu videolar 5 jurnalist xanım tərəfindən hazırlanır.

Xanım, Gülarə, Zərifə, Ülviyyə və Məryəm hər həftə yeni personajlar yaradır, onların kuklalarını hazırlayır və öyrədici videoları çəkib sosial şəbəkələrdə paylaşırlar. Onlar bildirir ki, verlişləri ilə bağlı həm yerli, həm də xaricdə yaşayan şəxslərdən rəylər alırlar.

Bakı Dövlət Universitetinin jurnalistika fakultəsini bitirən bu 5 xanımın əsas məqsədi "Hər şeyi bilmək istəyirəm" verlişinin televiziya kanalında yayımlanmasına nail olmaqdır.