Obama niyə Erdoğanla görüşmür?

BBC Türkçe müxbiri Enis Senerdem deyir ki, Türkiyə rəsmiləri cənab Erdoğanla ABŞ prezidentinin görüşünü təşkil etməyə çalışırlar.

Recep Tayyip Erdoğan Nüvə Təhlükəsizliyi sammitində iştirak etmək üçün Washington-da səfərdədir və gözlənildiyimi kimi Barack Obama ilə deyil, vitse-prezident Joe Biden-lə görüşəcək.

Onun sözlərinə görə, Türkiyə prezidentinin Suriyanın gələcəyi və Suriyanın şimalındakı kürd silahlıları ilə bağlı kəskin mövqeyi ABŞ-la Türkiyə arasında fikir ayrılığına səbəb olur.

Enis Senerdem mövzu ilə bağlı BBC Azərbaycancaya danışıb.