Novruz adətləri İranda və başqa ölkələrdə

Fars dilindən yeni gün kimi tərcümə olunan Novruz dünyanın bir çox xalqları tərəfindən baharın gəlişini bildirən bayram olaraq qeyd olunur.

Həft Sin, yəni yeddi nemət, Novruz süfrəsindəki yeddi simvolik əşyadan ibarət masadır. Bura fars əlifbasındakı S hərfi ilə başlayan yeddi məhsul daxildir.

İranda "7" rəqəminin uğurlu sayıldığı üçün, Novruz süfrəsi məhz belə hazırlanır. Novruzu tanıyan digər xalqlar isə bu bayramı nisbətən fərqli qeyd edirlər.

Hesab olunur ki, Azərbaycan da daxil olmaqla, dünyada təxminən 190 milyon insan Novruzu qeyd edir.

Bayramın təqribən üç min il bundan əvvəl zərdüştilər tərəfindən qeyd olunmağa başladığı güman edilir.

BBC Farscadan Səhər Zand izah edir.