Postsovet ölkələri prezidentlik müddətlərini necə dəyişiblər?
Mart ayının 18-də Azərbaycanda prezidentlik müddətinin sayına qoyulmuş məhdudiyyətin ləğvindən 7 il keçir.
Bu dəyişiklikdən sonra, İlham Əliyev, 2013-cü il prezident seçkisində 84.6 faiz səslə qalib gələrək üçüncü dəfə prezident seçildi.
Lakin postsovet məkanında hazırkı prezidentin hakimiyyətini bu yolla uzatmaqda Azərbaycan tək deyil.
15 postsovet olkəsindən 6-sı qanunvericiliyə buna bənzər dəyişikliklər edib.
Videonu BBC Monitoring hazırlayıb. BBC Monitoring - televiziya, radio, internet və çap mətbuatı haqqında məlumat və təhlil verir.