Keniya: Fil palçıq dolu quyudan belə çıxarıldı
Mərkəzi Keniyada yerləşən qoruq işçiləri quyuya düşmüş fili xilas edə biliblər.
İnsanlar filin düşdüyü qurumuş su quyusna torpaq atıblar kı, palçıqda ilişib qalmış heyvan ayaq qoymaq üçün yer tapsın.
20 yaşlı erkək fil suyu çəkilmiş quyuya geçə çağı düşübmüş.
Hadisə Nakuprat-Gotu adlanan ərazidə baş verib.