Bazarlıq üçün Dərbəndə gedənlər

Quba bazarında çalışan satıcılar məhsullarının qiymətinin ötən il manatın kəskin ucuzlaşmasından öncə olduğu kimi qaldığını, hətta bəzi məhsulları daha ucuz qiymətə satdıqlarını deyirlər.

Buna baxmayaraq Quba və Qusar sakinlərinin bir çoxu gündəlik ərzaqlarını almaq üçün yerli bazara deyil, Dərbəndə üz tutur.

BBC Azərbaycancaya danışan sakinlər, Dərbənddə ərzağın çox ucuz olduğunu deyib.