Siyəzən sakinləri iş istəyir
Siyəzən rayonunda baş vermiş işsizlik və bahalaşma əleyhinə etirazlardan bir ay sonra çox dəyişiklik müşahidə edilmir.
BBC Azərbaycancaya danışan sakinlər hələ də qiymətlərin bahalığından və işsizlikdən şikayətlənirlər.
Rayon icra hakimiyyətinin saytında çap edilmiş məlumatlara görə, 40 mindən çox əhalisi olan Siyəzən rayonunda 31.5 faiz insanın işi var.
Müsahibəni və reportajı BBC Azərbaycanca Xidmətinin müxbirləri Günel Səfərova və Elnarə Məmmədova hazırlayıblar.