Cazibə dalğalarının 5 əhəmiyyəti
Alimlər Kainatın yaranışına işıq sala biləcək cazibə dalğalarını kəşf ediblər.
Bu dalğalar fəza-zaman materialındakı ləpələnmələrdir. Onlar qara dəliklər toqquşanda və ulduzlar partlayanda əmələ gəlir.
Bu dalğaların mövcud olması fikrini 100 il əvvəl Albert Eynşteyn öz Nisbilik Nəzəriyyəsinin əsas hissəsi kimi irəli sürmüşdü.
BBC müxbiri Pallab Ghosh bu kəşfin niyə önəmli olmasını izah edir.