Sevgililər 70 il aradan sonra görüşür
Görünür ayrılıq ürəklərdəki sevgini daha da artırır...
93 yaşlı İkinci Dünya Müharibəsi veteranı 70 illik aradan sonra müharibə illərindəki sevgilisi ilə görüşüb.
Norwood Thomas 80 yaşlı Joyce Morris-lə görüşmək üçün ABŞ-ın Virginia ştatından Avstraliyaya gəlib.
Bu sevgililər ilk dəfə Londonda, Thames Çayının sahilində tanış olublar. Lakin müharibənin başa çatmasıyla onların da yolları ayrılıb.