Londonda Back to Baku qrupunun ilk caz axşamı

Bir çox məşhur sənətçini qəbul etmiş Londonun “The Troubadour” klubunda Back to Baku qrupunun da ilk çıxışı keçirilib.

Arasında azərbaycanlı Zeynal Hüseynov da olan qrup üzvləri Francesca Raimondi-Taylor, Trevor Wells, Alex Babic, Xavier Jasmin klassik əsərlərlə yanaşı yeni kompozisiyalarını da təqdim ediblər.

BBC müxbiri Vüsal Həmzəyevlə söhbət edən musiqiçilər öz planları, ideyaları və Londonda yaranmış qrupun adının niyə Back to Baku olmasını izah ediblər.