Braziliyada uşaqlar anormallıqlarla doğulur

Braziliyada doğulan kiçik başlı anormal uşaqların sayı artmaqdadır.

Oktyabr ayından bəri mikrosefaliya xəstəliyi ilə təxminən dörd minə yaxın uşağın doğulduğu deyilir.

Adətən beyin zədələnməsinə aparan xəstəliyə ağcaqanadların daşıdığı zika virusunun səbəb olduğu bildirilir.

Epidemiya ölkə boyu geniş yayılıb və digər Latın Amerikası ölkələrinə də keçməkdədir.