Çörək, manat və etirazlar haqqında dedikləriniz

Bu həftə sosial media səhifələrimizdə gördüyümüz şərhlərdən belə çıxır ki, Azərbaycanda manatın dəyərdən düşməsindən sonra yaranan iqtisadi problemlər hamıya az və ya çox təsir edib.

Yanvarın 12-də bölgələrdə başlayan, qiymət artımına qarşı etirazları oxucularımız diqqətlə izləyib. Əksəriyyət onlara dəstək və həmrəylik ifadə edib.

Etirazlardan bir gün sonra, hökumət unun və çörəyin istehsalı və satışına əlavə dəyər vergisini aşağı salıb.