Kraliça ikinci Elizabeth-in 90 illik yubileyi
Kraliça ikinci Elizabethin 90 illik yubileyi ilə bağlı bu il təntənəli tədbir keçiriləcək.
Bu münasibətlə Londonda on min nəfər üçün piknik nəzərdə tutulub. Tədbir bu ilin iyun ayında Buckingham Sarayının yanındakı mərkəzdə təşkil ediləcək və biletlərin qiyməti 150 funt olacaq.
Biletlərin əksəriyyəti xeyriyyə təşkilatlarına verilsə də, min bilet ictimaiyyət üçün satışa çıxarılacaq. Təşkilatçılar ümid edir ki, müxtəlif icmalar da kraliçanın 90 illiyi münasibətilə öz küçə şənliklərini keçirəcəklər.