Füzuli sakini: "Kəndimizdə evdə unu olmayan camaatımız var"
Füzuli rayonunda yanvarın 12-də axşam saatlarında başlayan etirazlar yanvarın 13-də daha da kütləviləşib.
Çərşənbə axşamı günü çəkilmiş bu videoda sakinlər öz narazılıqlarını bölüşür.
"Kəndimizdə evdə unu olmayan camaatımız var", Füzuli sakinlərindən biri deyib. "Undan qabaq camaatın maaşlarını qaldırmalıydılar".
Milli Məclis Sədrinin müavini, Füzuli rayonundan millət vəkili Bahar Muradova hadisə ilə bağlı rayondakı müvafiq qurum rəhbərləri, əhalinin müxtəlif təbəqə nümayəndələri ilə əlaqə saxladığını <link type="page"><caption> deyir</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2016/01/160113_siyazan_protests" platform="highweb"/></link>.