Siyəzən və Füzulidən görüntülər

Siyəzəndə qiymət artımına görə etiraz edənlər rayon icra hakimiyyətinin qarşısına yığışıblar. Sakinlər "Bugünə kimi nöş kömək etmirdin" deyə Siyəzən Rayon İcra Hakimiyyətinin qarşısında rayon rəsmisinə sual ediblər.

Füzuli rayonunun Bala Bəhmənli kəndində də sakinlər bahalaşmaya görə etiraz aksiyası keçirib. Yayılmış video görüntülərdə ərazidə təhlükəsizlik qüvvələrinin yerləşdirildiyini görmək olar. Bir sakin nümayişə, göründüyünə görə, balta ilə gəlib.

Çərşənbə günü kütləvi çıxışların baş verdiyi Siyəzən rayonunun İcra Hakimiyyəti rayonda sabitliyin "təmin olunduğunu" bildirib. İcra orqanı keçirilən aksiyada ölən və yaralananların olması barədə yayılan məlumatları təkzib edib.